Rayon haqqında

 

Xaçmaz rayonu 1930-cu il avqust ayının 8-də inzibati ərazi kimi təçkil olunmuşdur. Rayonda 2 şəhər, 2 şəhər tipli qəsəbə, 147 kənd yaşayış məntəqəsi vardır. Xaçmaz rayonu daim ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur Ulu öndərimiz 3 dəfə (1981, 1983 və 1998-ci ildə) Xaçmaz rayonunda olmuş, rayon Tarix-Diyarşünaslıq muzeyinin açılışını həyata keçirmiş (1981-ci il), Yalama-Nabran istirahət zonasının perspektivləri ilə tanış olmuş (1983-cü il), sadə zəhmət adamları və ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirmiş, rayonun kənd təsərrüfatının inkişafı məqsədi ilə öz dəyərli tövsiyyələrini vermişdir. 2010-cu ildə Xaçmaz rayonunun inzibati rayon kimi yaradılmasının 80 illiyi böyük təntənə ilə qeyd edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə rayonun ictimai həyatında fərqlənən 12 nəfər xaçmazlıya müxtəlif fəxri adlar verilmişdir.

 

162,6 min nəfərdir. Xaçmaz rayonunda 22 millət və xalqın nümayəndəsi vahid ailədə mehriban şəraitdə yaşayır.

 

Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası ilə , qərbdən Qusar və Quba rayonları ilə , cənubdan Dəvəçi rayonu ilə, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Rayonun dəniz sərhəddi 70 km, RF-si ilə sərhəddi 14 km təşkil edir.

 

11_menzere

28_menzere

30_menzere

32_menzere

40_menzere

43_menzere

44_menzere

47_menzere

49_menzere

51_menzere

53_menzere

55_menzere

57_menzere

7_menzere