Rayon haqqında
Azərbaycan Respublikasının ən iri senaye və kənd təsərrüfatı rayonlarından biri olan Şəki rayonunun ərazisi 2.43 min kvadrat km, əhalisi 01.07. 2012-ci il tarixə 176491 nəfərdir.
Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, sənayedə, tikintidə, ticarət və ictimai iaşədə, təhsil, səhiyyə və digər xidmət sahələrində çalışır.
Şəki rayonu 1 şəhər, 2 qəsəbə(Turan və Çələbixan) və 68 kənd yaşayış məntəqəsini əhatə edir.
Rayonda 2 qəsəbə və 31 kənd icra nümayəndəliyi, 1 şəhər bələdiyyəsi, 39 kənd bələdiyyəsi mövcuddur.
Rayonda 343 idarə və təşkilat, 17 bank filialı, 14 mehmanxana, 1 rabitə müəssisəsi fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisə “Şəki-İpək” ASC-dir. Hazırda müəssisədə işçilərinin sayı 846 nəfərdir.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 87900 nəfərdir ki, bunların da 43500 nəfəri kənd təsərrüfatında, 2900 nəfəri sənayedə, 8840 nəfəri tikintidə, 7946 nəfəri təhsildə, 2436 nəfəri səhiyyədə, 22278 nəfəri digər sahələrdə fəaliyyət göstərir.