Bələdiyyələrlə iş mərkəzi tərəfindən Xaçmaz regional ədliyyə idarəsi ilə birlikdə Xaçmaz rayonunda hüquqi maarifləndirmə məqsədi ilə bəllədiyyə üzv və qulluqçuları üçün seminar keçirildi.

         

         Bələdiyyələrlə iş mərkəzi tərəfindən Xaçmaz regional ədliyyə idarəsi ilə birlikdə Xaçmaz rayonunda hüquqi maarifləndirmə məqsədi ilə bəllədiyyə üzv və qulluqçuları üçün seminar keçirildi.

         Regionlarda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, habelə bələdiyyələrin fəaliyyətinin təkilinə kömək və onlara metodoloji yardım işinin daha səmərəli təşkili məqsədi ilə 01.06.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Xaçmaz Regional Ədliyyə İdarəsi ilə birlikdə idarənin imkanlarından istifadə edilməklə ərazi yurisdiksiyasına daxil olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları üzrə ümumilikdə 80 bələdiyyə üzv və qulluqçuları üçün seminar keçirilmişdir. Seminarda Bələdiyyələrlə iş Mərkəzinin İnzibati nəzarət idarəsinin baş məsləhətçisi İsrafil Mustafayev, böyük məsləhətçisi Səfa Cəfərov və məsləhətçisi(iqtisadçı) İlyas Kərimov tərəfindən “ yerli büdcə gəlirlərinin artırılması üçün  həyata keçirilməli tədbirlər, bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə edilməsi, büdcə proseslərinin və yerli büdcənin icrasına dair hesabatların qanunauyğunluğunun təmin edilməsi, həmçinin korrupsiya risklərinin azaldılması məqsədi ilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə şəffaflığın və hesabatlılığın artırılması”mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.