Xaçmaz regional ədliyyə idarəsinin rəisi Cavanşir Əvəzov Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında ədliyyənin fəailiyyəti ilə bağlı vətəndaşların qəbulunu keçirəcəkdir.

 Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiq xidmət göstərilməsi, vətəndaşların, xüsusi ilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsinin rəisi Cavanşir Əvəzov 12.08.2022-ci il tarixdə  saat 15:00-da Xaçmaz rayonunda,19.08.2022-ci il tarixdə  saat 15:00 da Quba rayonunda, 26.08.2022-ci il tarixdə  saat 15:00 da Qusar rayonunda, 02.09.2022-ci il tarixdə saat 15:00-da Siyəzən rayonunda və 09.09.2022-ci il tarixdə saat 15:00 da Şabran rayonunda ədliyyə və bələdiyyələrin fəailiyyəti ilə bağlı  vətəndaşların qəbulunu keçirəcəkdir.

      Vətəndaşlar qəbula yazılması üçün Xaçmaz regional ədliyyə idarəsinə (əlaqə telefonları, şəhər 023-325-18-88 mobil (077)-570-07-56, elektron poçt: khachmaz_rd@justice.gov.az)  müraciət edə bilərlər.

        Vətəndaşların qəbulu Xaçmaz regional ədliyyə idarəsinin inzibati binasında (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17), Quba rayonu icra və probasiya şöbəsinin inzibati binasında (Quba şəhəri, Fətəlixan küçəsi 135),  Qusar rayonu üzrə icra və probasiya şöbəsinin inzibati binasında (Qusar şəhəri, Heydər Əliyev prospekti 174 A), Şabran rayonu üzrə icra və probasiya şöbəsinin inzibati binasında (Şabran şəhəri, Heydər Əliyev prospekti 69A) və Siyəzən rayonu üzrə icra və probasiya şöbəsinin inzibati binasında (

Siyəzən şəhəri, Bəşir Səfəroğlu küçəsi 47) keçiriləcəkdir.