“Xocalı soyqırımı”nın 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

    “Xocalı soyqırımı”nın 31-ci ildönümü ilə əlaqədar 24.02.2023-cü il tarixdə Xaçmaz regional ədliyyə idarəsində regional ədliyyə idarəsinin və Xaçmaz rayon icra və probasiya şöbəsinin  əməkdaşlarının iştirakı ilə anım tədbiri keçirilmişdir.

     Tədbirdə 1 dəqiqəlik sükutla soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilərək, erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs olununmuşdur. Sonra tədbir iştirakçılarına Xocalı soyqırımından bəhs edən "Gecənin fəryadı” qısa metrajlı filmi təqdim edilib.