Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib.

        Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyi Kollegiyasının 14.12.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədi ilə 01.03.2023-cü il tarixdə Xaçmaz regional ədliyyə idarəsi tərəfindən yerli ədliyyə qurumlarının, Xaçmaz rayon məhkəməsinin, həmçinin rayon İcra Hakimiyyətinin rəhbərliyinin və əməkdaşlarının birgə iştirakı ilə ağacəkmə aksiyası keçirildi.

     Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

      Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

     Aksiya zamanı təxminən 0.03 hektar ərazidə 100-dən çox müxtəlif növ dekarativ ağaclar əkilərək ərazidə olan bitkilərə qulluq göstərilmiş, yaşıllıq zonasında təmizlik işləri aparılmışdır.