Xaçmaz regional ədliyyə idarəsi tərəfindən Qusar bələdiyyələrində seminar-müşavirə keçirildi.

       Xaçmaz regional ədliyyə idarəsi tərəfindən 2023-cü ilin birinci yarımilində bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə keçirilməsi nəzərdə tutulmuş seminarların qrafikinə uyğun olaraq Xaçmaz regional ədliyyə idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Qədir Paşayev və idarənin aparıcı məsləhətçiləri Tural Bağırov və Vüsal İbrahimov tərəfindən 27.03.2023-cü il tarixdə idarənin yurisdiksiyasına aid Qusar rayonu üzrə 26 bələdiyyə üzvləri və qulluqçuları üçün seminar-müşavirə keçirilmişdir.

      Seminarda Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından vəŞuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər,müasir çağrışlar fonunda bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi,bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərəkətsizlikləri, Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər barədə,yerlərdə abadlaşdırma işlərinin aparılması ilə bağlı bələdiyyələrin vəzifələri və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı, müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvercilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prisipinin yerli özünüidarəetmədə əhəmiyyəti mövzuları üzrə çıxışlar edillmişdir.

       Sonda seminar iştirakçılarının sualları cavablandırılmış, bələdiyyələrin fəaliyyətinə dair qanunvericiliklə bağlı hazırlanmış “Metodik sənədlər toplusu” kitabı bələdiyyə üzvlərinə və qulluqçularına paylanılmışdır.