Xaçmaz regional ədliyyə idarəsi tərəfindən Xaçmaz rayonunda bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara metodik köməklik göstərilməsi məqsədi ilə seminar keçirilmişdir

Xaçmaz regional ədliyyə idarəsində Xaçmaz rayonunun bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi məqsədi ilə seminar keçirib.

Yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin də dəvət olunduğu seminar-müşavirə "Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili",  “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun gücləndirilməsi, torpaqların təyinatı üzrə istifadəsi”, “Korrupsiya hüquqpozmalarının qarşısının alınması və bələdiyyələrdə şəffaflığın artırılması” o cümlədən “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” mövzularını əhatə edib.

 Bələdiyyə üzvləri və qulluqçularının iştirak etdikləri tədbirdə Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən bələdiyyələrə dair qanunvericilikdə həyata keçirilən islahatlar barədə geniş məlumat verilərək, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Bununla yanaşı, müzakirələr zamanı bələdiyyə üzvlərinin üzləşdiyi mübahisəli məsələlərin həlli, vergilərin yığılması və bələdiyyə mülkiyyətində olan torpaqları zəbt edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı seminar iştirakçılarına tövsiyələr verilib.