Xaçmaz regional ədliyyə idarəsi tərəfindən növbəti maarifləndirici seminar Qusar rayonunda keçirildi

Qusar rayonunun bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi məqsədi ilə keçirilmiş seminar müşavirə "Bələdiyyə qulluğu və bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri",  “Bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri”, “Bələdiyyələrdə nağdsız hesablaşmalar və onların məqsədi, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət” mövzularını əhatə edib.

Keçirilmiş seminarda Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən çıxışlar səsləndirilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.