Bələdiyyələrə metodiki köməklik göstərilməsi istiqamətində Şabran rayon bələdiyyələri ilə görüş keçirildi

Xaçmaz regional ədliyyə idarəsi tərəfindən 2017-ci ilin ikinci yarımilinə dair bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi məqsədilə tərtib olunmuş qrafikə uyğun olaraq Şabran rayonunda bələdiyyələrlə görüş keçirilmişdir.

Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilmiş tədbir "Bələdiyyə qulluğu və bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri",  “Bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri”, “Bələdiyyələrdə nağdsız hesablaşmalar və onların məqsədi, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət” mövzularını əhatə edib.

Tədbirin sonunda Şabran bələdiyyələri tərəfindən Xaçmaz regional ədliyyə idarəsinin hər il keçirdiyi seminarların onların fəaliyyətində mövcud qanunvericiliyin qüsursuz tətbiq olunmasında və yaranmış nöqsan və çatışmamazlıqların aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olduğunu bildirildi.