Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə Xaçmaz rayonunda regional ədliyyə idarəsinin təşəbbüsü ilə ədliyyə işçiləri tərəfindən ağacəkmə aksiyası keçirildi.

12.11.2018

    “Azərbaycan ədliyyəsinin 100 illik yubileyi” münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabrın 8-də Xaçmaz regional ədliyyə idarəsi, o cümlədən idarənin ərazi yurisdiksiyasına daxil olan rayonların yerli ədliyyə qurumlarının ədliyyə işçiləri tərəfindən ağacəkmə kampaniyası keçirilib.

     Xaçmaz regional ədliyyə idarəsi və idarənin ərazi yurisdiksiyasına daxil olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının yerli ədliyyə qurumlarının əməkdaşları ağacəkmə aksiyasına fəal qoşularaq ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə Xaçmaz rayonu Müzəffəroba kəndində yerləşən Meşə zolağının boş olan ərazisində 100-dən çox ağac əkilməklə, həmin ərazidə genişmiqyaslı abadlıq işləri təşkil edilmişdir.

     Xaçmaz regional ədliyyə idarəsinin, o cümlədən idarənin ərazi yurisdiksiyasına daxil olan rayonların yerli ədliyyə qurumlarının ədliyyə işçilərinin iştirak etdiyi aksiyada təxminən 2.0 hektar ərazidə 100-dən çox müxtəlif növ ağac əkilib, təmizlik və abadlıq işləri aparılıb.