Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə  xidməti vəzifəsini nümunəvi yerinə yetirdiyinə və ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə  görə Xaçmaz regional ədliyyə idarəsinin böyük məsləhətçisi, kiçik ədliyyə müşaviri Qədir Gülnəzər oğlu Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.