Xaçmaz şəhərində seminar müşavirə keçirilib.

Xaçmaz regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Şabran rayonunun bələdiyyələrinin 70 üzv və qulluqçuları ilə 15.05.2019-cu il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Xaçmaz şəhərində seminar müşavirə keçirilib.

    Seminarda “Yerli özünüidarəetmədə etik davranış, bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi, Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması, Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı, bələdiyyə torpaqlarının mühafizəsi, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.