Bələdiyyələrin faəliyyətinin təşkilinə kömək və metdoloji yardım məqsədilə seminar- müşavirə keçirilmişdir.

Xaçmaz regional ədliyyə idarəsi tərəfindən 12.03.2021-ci il tarixdə idarənin yurisdiksiyasına aid Quba rayonu üzrə  bir sıra bələdiyyələrlə elektron formatda seminar-müşavirə keçirilmişdir. Seminarda bir sıra mövzularla yanaşı, bələdiyyə torpaqlarından istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə həyata keçirilməli tədbirlər, torpaq icarə müqavilələrinin bağlanması, ləğvi, dəyişdirilməsi qaydaları, o cümlədən icarə haqlarının bazar məzənnəsinə uyğunlaşdırılması ilə əlaqədar qanunvericiliyin tələbləri, bələdiyyə torpaqlarının icarəyə və subicarəyə verilməsində olan çatışmazlıqlar və onların aradan qaldırılması yolları; habelə yerli üzünüidarəetmədə müasir İKT imkanlarından, o cümlədən Bələdiyyələrlə İş portalından səmərəli istifadə olunması; Azərbaycan Respublikası Prezidentinin 05.01.2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin Nizami ili elan olunması və bununla əlaqədar keçirilən tədbirlərdə bələdiyyələrin fəal iştirakı mövzularında çıxışlar edilmişdir.