Bələdiyyələrin faəliyyətinin təşkilinə kömək və metdoloji yardım məqsədilə seminar- müşavirə keçirilmişdir.

     Xaçmaz regional ədliyyə idarəsi tərəfindən 29.03.2021-ci il tarixdə idarənin yurisdiksiyasına  aid Qusar rayonu üzrə bir sıra bələdiyylə “debitor borcların həlli yolları, ödənişdən yayınan borclu şəxslərlə bağlı pul tələbinə dair bələdiyyələrin inzibati aktlarının qəbulu və məcburi icraya yönəldilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri,yerli vergi və ödənişlərin uçotu, hesablanması və yığımında olan çatışmazlıqlar, onların aradan qaldırılması yollan, bələdiyyənin vəzifəli şəxslərinin məsuliyyəti barədə qanunun tələbləri,bələdiyyə torpaqlarından istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə həyata keçirilməli tədbirlər, torpaq icarə müqavilələrinin ləğvi, dəyişdirilməsi (o cümlədən icarə haqlarının bazar məzənnəsinə uyğunlaşdırılınası) və ləğvi ilə əlaqədar qanunvericiliyin tələbləri, pilot Nəsimi bələdiyyəsinin bu sahədə müsbət iş təcrübəsi. Bələdiyyə torpaqlarının icarəyə və subicarəyə verilməsində olan çatışmazlıqlar və onların aradan qaldırılması yolları, torpaq icarə ftsüqaviləsinin bağlanması, ləğvi və dəyişdirilməsi qaydası, elektron kənd təsəsrrüfatı" informasiya sistemində bələdiyyələrin iştirakı, bələdiyyələrin işində şəffaflığın artırılması, bələdiyyələrin hesabatları barədə qanunvericiliyin tələbləri,yerli özünüidarəetmədə müasir İKT imkanlarından, o cümlədən Bələdiyyələrlə iş portalından səmərəli istifadə olunması və Azərbaycan Respublikası Prezidentinin 05.01.2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin Nizami ili elan olunması ilə əlaqədar keçirilən tədbirlərdə bələdiyyələrin fəal iştirakı”mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.