Xaçmaz regional ədliyyə idarəsinin rəis müavini Qədir Paşayev tərəfindən Quba və Qusar rayon İcra və probasiya şöbəsinin fəaliyyəti ilə bağlı müraciət edən vətəndaşların videoformatda qəbulu keçirilib,

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsi tərəfindən də daim diqqətdə saxlanılır.

Pandemiya şəraiti ilə əlaqədar vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, onların videoformatda qəbulu genişləndirilərək nazirliyin və struktur qurumlarının rəhbərliyi tərəfindən mütəmadi videoqəbullar həyata keçirilir.

28 aprel 2021-ci il tarixdə Xaçmaz regional ədliyyə idarəsinin rəis müavini Qədir Paşayev tərəfindən Quba və Qusar rayon İcra və probasiya şöbələrinin fəaliyyəti ilə bağlı müraciət edən vətəndaşların videoformatda qəbulu keçirilib, icra işlərinin icrasından narazı olan vətəndaşların müraciətləri dinlənilib, icra sənədlərinin icrası istiqamətində qanunvericiliyə uyğun icra tədbirlərinin davam etdirilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinin rəisi Elçin Hacıyevə və Qusar rayon İcra və probasiya şöbəsinin rəisi Elnur Yusifova müvafiq tapşırıqlar verilmiş və həmin icra işləri nəzarətə götürülmüşdür. Müraciətlərin dinlənilməsinin videoformatda təşkili vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb.