Bələdiyyə üzvləri və qulluqçuları üçün distant formada ixtisasartırma kursu keçirilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2020-ci il tarixli Kolleqiya Qərarı ilə təsdiq edilmiş “Korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının aimması ilə bağlı Tədbirlər Planı”nın 9-cu bəndində bələdiyyə qulluqçuları və üzvləri uçun Ədliyyə Akademiyasında korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması ilə bağlı dıstant təlimlərin keçirilməsi və bu məsələdə regional ədliyyə idarələrinin imkanlarından istifadə edilməsi nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq, “Bələdiyyə üzvü və qulluqçularının etik davranış qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyət” (məruzəçi Xaçmaz regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Tural Bağırov) və “Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması” (məruzəçi Ədliyyə akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası  kafedrasının baş müəllimi Mətanət Əsgərova) mövzularında 30.04.2021-ci il tarixdə Xaçmaz regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan bələdiyyə üzvləri və qulluqçuları üçün distant formada ixtisasartırma kursu keçirilmişdir.