Yurisdiksiyaya daxil olan bələdiyyələr üçün distant formada təlim keçirilmişdir.

        Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə (GİZ) birlikdə “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılması və istifadəsi” mövzusunda müəyyən edilmiş qrafiklərə əsasən 21.06.2021-25.06.2021-ci il tarixlərdə Xaçmaz regional ədliyyə idarəsəində ərazi yurisdiksiyasına aid Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının bələdiyyələri ilə distant formada seminar keçirilmişdir.