Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım məqsədilə seminar - müşavirə keçirilmişdir

Xaçmaz regional ədliyyə idarəsi tərəfindən 2021-ci ilin ikinci yarımilində bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə keçirilməsi nəzərdə tutulmuş seminarların qrafikinə uyğun olaraq Xaçmaz regional ədliyyə idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Qədir Paşayev və idarənin aparıcı məsləhətçisi Tural Bağırov tərəfindən 20.08.2021-ci il tarixdə idarənin yurisdiksiyasına aid Quba rayonunun 20 bələdiyyəsi ilə elektron formatda seminar-müşavirə keçirilmişdir. Pandemiya şəraiti nəzərə alınaraq keçirilmiş onlayn seminarda bir sıra mövzularla yanaşı, "Yerli büdcənin gəlirlərinin artırılması istiqamtində tədbirlərin intensivləşdirilməsi (debitor və kreditor borcların həlli, icarə haqlarının bazar qiymətinə uyğunlaşdırılması, pul tələblərinə dair icrası məcburi aktların qəbulu məsələləri), bələdiyyələrdə rəqəmsal texnalogiyaların imkanlarından geniş istifadə edilməsi, hesabatlılıq və şəffaflığın artırılması,informasiya azadlığının təmin edilməsində bələdiyyələrin vəzifələri, yerli özünüidarəetmə sahəsində korrupsiya hüquqpozmalarının qarşısının alınması, bələdiyyə sahibkarlığının inkişafı, yerli özünüidarəetmədə vətəndaşların iştirakının genişləndirilməsi (məhəllə komitələrinin yaradılması), bələdiyyə əmlakından, o cümlədən bələdiyyə torpaqlarından səmərəli istifadə olunması"mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.