22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə cənab nazir Fikrət Məmmədov tərəfindən bütün ədliyyə işçilərinə təbrik məktubu ünvanlanıb

   Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

   Zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 103 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.

   Peşə bayramlarını iftixar hissi ilə qeyd edən Xaçmaz Regional Ədliyyə İdarəsinin, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları, həmçinin Xaçmaz rayon Məhkəməsinin sədri və hakimləri, həmçinin məhkəmə işçiləri ədliyyə işçiləri və  noyabrın 22-də  ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əkili qoyublar.

    Peşə bayramı günü münasibətilə  cənab nazir Fikrət Məmmədov tərəfindən bütün ədliyyə işçilərinə təbrik məktubu ünvanlanıb.