tsm01

Toğrul Sirac oğlu Musayev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.

O, 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Universiteti bitirdikdən sonra hüquq fakültəsində müəllim olmuş, Respublika Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-Hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində işləmişdir. 1995-ci ildə Baş Prokurorluğa rəhbər işə göndərilərək Kadrlar idarəsinin rəisi, Respublika Prokurorluğu Kollegiyasının üzvü olmuşdur.

2000-ci ilin iyun ayından Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini təyin edilmişdir.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Dəfələrlə mükafatlandırılmış, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamına əsasən “Vətənə xidmətə görə” ordeninin üçüncü dərəcəsi ilə təltif edilmişdir.

Dövlət başçısının sərəncamları ilə bir sıra beynəlxalq Konvensiyalar üzrə Azərbaycan Hökumətinin hesabatlarının hazırlanması və təqdim edilməsi ilə bağlı ölkəmizin nümayəndə heyətlərinin üzvü təyin olunmuşdur.

Ədliyyə Nazirliyi Attestasiya Komissiyasının və ədliyyə orqanlarına qulluğa qəbulla bağlı Müsabiqə və İxtisas komissiyalarının sədridir. Azərbaycan Republikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiya sədrinin müavinidir. O, həmçinin, Avropa Ümumi Hüquq Təşkilatının Direktorlar Şurasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Ölkəmizin Avropa Şurasının Hakimlərin və prokurorların tədrisi üzrə Lissabon şəbəkəsində nümayəndəsi, mülki hüquq sahəsində bir sıra elmi məqalələrin müəllifidir.

Evlidir, 2 övladı var.

Tel: (+99412) 492 06 48
Fax: (+99412) 430 01 55
E-mail: toghrul.musayev@justice.gov.az