Rayon haqqında

 

Ərazisi 1542 km2 olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 01 noyabr 2011-ci il tarixə 90438 nəfərdir.

 

Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır. Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s. rast gəlinir. Burada təqribn 200 adda bitki və zəngin heyvanat aləmi mövcuddur. Rayonda 22500 hektar meşə sahəsi (palıd, fıstıq, vələs və s.) vardır. 

 

Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690-730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir. Rayon ərazisindən çoxlu dağ çayları axır. Suyundan rayon ərazisindəki torpaqların suvarılmasında geniş istifadə edilən, əsasən qar və buzlaq suları ilə qidalanan Qusar və Samur çayları rayon ərazisindən keçməklə Xəzər dənizinə tökülür.

 

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı 1969-1987-ci illərdə rayonumuzun iqtisadiyyatının inkişafına lazımi şərait yaradılmışdır. Həmin illərdə 50 milyon şərti banka istehsal gücü olan Qusar, 5 milyon şərti banka istehsal gücünə malik Samur konserv zavodları, 300 min dekalitr istehsal gücünə malik ilkin şərab emalı müəssisəsi, 5,9 min tonluq 4 meyvə - tərəvəz soyuducusu, 5800 başlıq heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermalar tikilmiş, 157 km-lik asvalt örtüklü yollar, Qusar və Uqur çaylarında iki körpü, 56 km-lik su kəməri və 50 km. elektrik xətləri, 2,9 min nömrə tutumu olan avtomat telefon stansiyası istifadəyə verilmişdir. Qusar şəhərinə və bir sıra kənd yaşayış məntəqələrinə təbii qaz verilməsi məqsədlə 350 km. uzunluğunda qaz kəmərləri çəkilmişdir. Həmin illərdə 410 yerlik 7 məktəbəqədər uşaq müəssisəsi, 4500 şagird yerlik 9 ümumtəhsil məktəbi, 1300 yerlik 4 mədəniyyət evi, 75 çarpayılıq xəstəxana, 1 məişət xidməti kombinatı tikilib istifadəyə verilmişdir.

 

 

YERLİ ƏDLİYYƏ QURUMLARI


Qusar rayon dövlət notariat kontoru


 

Dövlət notariusu: Tağıyev Dəyanət Adgözəl oğlu;
Telefon: 02338-5-24-31;
Ünvan: N. Şərifov küçəsi 14;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VII-I

 


Qusar rayon qeydiyyat şöbəsi

Rəis: Mövlanov Adıgözəl Mövlud oğlu;
İş telefonu: 02338-5-29-23;
Ünvan: S.Salahov küçəsi 1;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VII-I

 


Qusar rayon icra qrupu

Məsul şəxs: Yusifov Elnur Eldar oğlu;
İş telefonu: 02338-5-24-43;
Ünvan: Füzuli küçəsi 5;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII



Qusar rayon bələdiyyələrinin siyahısı

Bələdiyyənin adı

Bələdiyyə sədrinin adı, 
soyadı, atasının adı

Ünvanı

Telefon nömrəsi

Qusar bələdiyyəsi

İbrahimov Əlfəddin Qeysıddin

Mərkəzi Meydan, Nizami küç.1

050-354-32-37, 02338-5-37-55

Hil bələdiyyəsi

Saruxanov İlqar Camələddin

Hil kəndi

051-840-29-82, 02338-9-23-87

Quxuroba bələdiyyəsi

Əzizov Elamn Fərəc

Quxuroba kəndi

050-540-96-33

Balaqusar bələdiyyəsi

Ömərov Ağadadaş Ömər

Balaqusar kəndi

070-619-11-21, 050-669-52-82

İmamqulukənd bələdiyyəsi

Qədimov Məzahir Narulla

İmamqulukənd kəndi

050-637-97-91

Urva bələdiyyəsi

Bədəlov Şirinbala Ramazan

Urva kəndi

070-904-31-63

Həzrə bələdiyyəsi

Azər

Həzrə kəndi

051-894-55-19, 02338-7-12-37

Kuzunqışlaq bələdiyyəsi

Quliyev Elman Qulu

Kuzunqışlaq kəndi

070-216-98-77

Şirvanovka bələdiyyəsi

Babaxanov Müzahir Məmmədşərif

Şirvanovka kəndi

070-346-13-51, 02338-9-92-84

Piral bələdiyyəsi

Şıxbabayev Şıxheybət Qubaşah

Piral kəndi

050-374-84-05, 070-911-94-70, 02338-6-32-84

Köhnə Xudat bələdiyyəsi

Məmmədov Elçin Şərafəddin

Köhnə Xudat kəndi

051-972-60-80, 02338-6-33-50

Qalacıq bələdiyyəsi

Mirzəliyev Edqar Şəki

Qalacıq kəndi

070-690-91-99, 02338-9-12-19

Samur bələdiyyəsi

Mürsəlov Ramiz Zeydulla

Samur kəndi

050-562-69-62, 02338-9-02-84

Avaran bələdiyyəsi

Babayev Hacıbala Polad

Avaran kəndi

070-640-79-69

Gədəzeyxur bələdiyyəsi

Əzizov Nasir Hüseyn

Gədəzeyxur kəndi

070-568-19-55

Kuzun bələdiyyəsi

Dostəliyev Rafik Zaman

Kuzun kəndi

070-920-38-48, 02338-6-52-47

Əniq bələdiyyəsi

Qədimov Elxan

Əniq kəndi

070-715-30-20, 02338-9-62-88

Düztahir bələdiyyəsi

Məhsimov Vüqar Abdulməcid

Düztahir kəndi

055-814-11-93, 02338-7-32-16

Gündüzqala bələdiyyəsi

Babayev Mömin Abdulqədir

Gündüzqala kəndi

050-645-81-60, 070-663-21-60

Xuray bələdiyyəsi

Əliyev Əkbər İsa

Xuray kəndi

070-303-51-51, 050-520-51-07

Yasab bələdiyyəsi

Eyyubov Yarmər

Yasab kəndi

050-795-38-00, 070-795-38-00

Mucuq bələdiyyəsi

Isayev Qədim Talıb

Mucuq kəndi

050-719-02-90

Aşağı Ləgər bələdiyyəsi

Əfəndiyev Namiq Məthət

Aşağı Ləgər kəndi

070-678-26-28, 02338-6-40-13

Yuxarı Qələnxur

Mehmanov Ağa İzəddin

Yuxarı Qələnxur kəndi

070-625-33-85, 02338-7-12-17

Əcəxur bələdiyyəsi

Səlimxanov Ramazan Əzizulla

Əcəxur kəndi

050-539-95-83

Sudur bələdiyyəsi

Əmiraslanov Qəzənfər Qayıtmaz

Sudur kəndi

070-901-40-10, 02338-5-75-05

Yuxarı Zeyxur bələdiyyəsi

Mustafayev Turab Ağalar

Yuxarı Zeyxur kəndi

070-222-28-60, 02338-7-52-10

Gilahoba bələdiyyəsi

Sərdərov Vaqif Ramiz

Gilahoba kəndi

070-318-75-10, 070-916-11-94

Xuluq bələdiyyəsi

Balabəyov A

Xuluq kəndi

 

Nəcəfkənd bələdiyyəsi

 

Nəcəfkənd kəndi