Xaçmaz regional ədliyyə idarəsinin rəisi Cavanşir Əvəzov 08.06.2022-ci il tarixdə 11:00-da ədliyyə fəailiyyəti ilə bağlı Quba rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

                                 VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ !

        Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiq xidmət göstərilməsi, vətəndaşların, xüsusi ilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsinin rəisi Cavanşir Əvəzov iyunun 8-də saat 11:00-daədliyyə fəailiyyəti ilə bağlı Quba rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

         Həmçinin qəbulda vətəndaşlar üçün “ açıq qapı”, “açıq mikrafon” günü təşkil ediləcəkdir.

        Vətəndaşlar qəbula yazılması üçün Xaçmaz regional ədliyyə idarəsinə (əlaqə telefonları, şəhər 023-325-18-88 mobil (077)-570-07-56, elektron poçt: khachmaz_rd@justice.gov.azmüraciət edə bilərlər.

        Vətəndaşların qəbulu Quba rayonu İcra və probasiya şöbəsinin inzibati binasında (Quba şəhəri, Fətəlixan küçəsi 135) keçiriləcəkdir.