Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən distant formada ixisasartırma kursu keçirilmişdir.

Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir

 

“Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” nın icrası məqsədilə Ədliyyə Nazirliyi Kollegiyasının 30.12.2021-ci il tarixli qərarı ilə təsdiqedilmiş “Korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı Tədbirlər Planının10-cu bəndinin,19.04.2022-ci il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş “Korrupsiyaya qrşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli fəaliyyət Planı”nınədliyyə orqanlarında icrası üzrə iş Planının 5-ci bəndinin və Ədliyyə Nazirliyinin 2022-ci ilin ikinci yarımilinə dair iş Planının 13-cü bəndinin icrası ilə əlaqədar Ədliyyə Akademiyası tərəfindən 09 sentyabr 2022-ci il tarixdə Xaçmaz regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasma daxil olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları üzrə 53 bələdiyyə üzvləri və qulluqçuları üçün distant formada ixtisasartırma kursu keçirilmişdir.

      Distant formada təşkil edilmiş kursda Ədliyyə akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası  kafedrasının baş müəllimi Mətanət Əsgərova və Bələdiyyələrlə iş Mərkəzinin məsləhətçisi Fəridə Hacıyeva tərəfindən  “Yerliözünüidarəetmə sahəsində korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşması, həmçinin Bələdiyyə üzvü və qulluqçularının etiq davranış qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyət  ”mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və kurs iştirakçılarının sualları cavablandırılmışdır.