“27 Sentyabr Anım Günü” ilə əlaqədar Xaçmaz regional ədliyyə idarəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

“27 Sentyabr Anım Günü” ilə əlaqədar Xaçmaz regional ədliyyə idarəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

 

      Ölkə başçısı cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusi ilə Vətən müharibəsi əlilləri, iştirakçıları və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq davam etdirilən tədbirlər çərçivəsində “27 Sentyabr Anım Günü” ilə əlaqədar21.09.2022-ci il tarixdən 27.09.2022-ci il tarixədək Xaçmaz regional ədliyyə idarəsi tərəfindən şəhid ailələri üzvləri, qazilər və müharibə iştirakçıları üçün “açıq qapı”, “açıq mikrafon” günləri təşkil olunmaqla onlara hüquqi yardım göstərilmişdir.

    Tədbirlər Planı çərçivəsində 26.09.2022-ci il tarixdə Xaçmaz regional ədliyyə idarəsinin kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində şəhid olmuş Hacıyev Davud Novruz oğlunun tənha anası Validə Hacıyevanın yaşadığı evə baş çəkilmiş onun qayğıları ilə maqraqlanılmışdır. Şəhid anası Validə Hacıyeva ilə görüşdə ona göstərilən dəstək və diqqət üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirmişdir.

      Xaçmaz regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Tural Yusif oğlu Bağırovun “Xaçmaz” qəzetinin 22.09.2022-ci il tarixli 09(6342) saylı buraxılışının 2-ci səhifəsində “27 Sentyabr Azərbaycanda anım günüdür” başlığı altında məqaləsi dərc olunmşdur.

       44 günülük Vətən müharibəsində şəhid olmuş qəhraman igidlərin xatirəsinin daima yad edilməsi məqsədi ilə Xaçmaz regional ədliyyə İdarəsinin inzibati binasının I mərtəbəsində Xaçmaz rayonu üzrə 46 şəhidin şəkillərini əks etdirən anım steni asılmışdır.

      Xaçmaz regional ədliyyə İdarəsinin və Xaçmaz rayonu üzrə yerli ədliyyə qurumlarının kollektivi tərəfindən 27.09.2022-ci il tarixdə Şəhidlər Xiyabanı ziyarət edilərək şəhidlərimizin məzarları önünə gül dəstələri qoyulmuşdur. Saat 12:00-da Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidlər xiyabanında bir sıra şəhid ailələri ilə söhbətlər aparılmış, onların problemləri və qayğıları ilə maraqlanılmışdır.