Regional ədliyyə idarələrinin əməkdaşları üçün hüquqi maarifləndirmə tədbiri keçirilib.

  1.        18.10.2022 və 19.10.2022-ci il tarixlərdə regional ədliyyə idarələrinin əməkdaşları üçün notariat fəaliyyətinə nəzarətin həyata keçirilməsi, notariat fəaliyyətinin yoxlanılması qaydaları, məhkəmədə baxılan mülki işlərlə bağlı notariat hərəkətlərindən şikayətlərə baxılmasının xüsusiyyəti, yerli icra hakimiyyəti orqanlarının nümayəndəliklərinə notariat hərəkətlərinin qanunvericiliyə uyğun aparılması sahəsində metodiki köməklik göstərilməsi (məruzəçi: Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin baş məsləhətçisi Vidadi Mayıl), Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının xüsusiyətləri, qeydiyyat şöbələrinin fəaliyyətinin yoxlanılması qaydaları (məruzəçi: 7 saylı Bakı “ASAN xidmət”mərkəzində qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova), “Elektron notariat” informasiya sistemi barədə (məruzəçi: Qeydiyyat və notariat baş idarəsi İnformasiya təminatı şöbəsinin məsləhətçisi (kompüter üzrə) Zaur Həsənov) və Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi (məruzəçi: Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin aparıcı məsləhətçisi Aytən Abbasuva) mövzularında elektron formatda təlim keçirilmişdir.

             Qeyd olunan mövzularla bağlı təlim iştirakçılarının sualları məruzəçilər tərəfindən cavabladırılmışdır.