“İnzibati şikayət və inzibati iddia qaydasında hüquqi müdafiə mexanizmlərindən istifadə qaydalarına dair” Təlimatın təqdimatı keçirildi.

        Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin(GİZ) “Cənubi Qafqazda Yerli İnkişaf üçün  Yaxşı İdarəetmə” regional proqramı(GGLF) çərçivəsinə hazırlanmış “İnzibati şikayət və inzibati iddia qaydasında hüquqi müdafiə mexanizmlərindən istifadə qaydalarına dair” Təlimatın   təqdimatı məqsədi ilə 27.10.2022-ci il tarixdə həmin Təlimatın müəllifi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Səyyad Kərimov tərəfindən Xaçmaz regional ədliyyə idarəsinin və Xaçmaz rayon icra və probasiya şöbəsinin əməkdaşları ilə dəyirmi masa təşkil olunmuşdur.

        Qeyd olunan tədbirdə Ali Məhkəmənin hakimi Səyyad Kərimov tərəfindən müəllifi olduğu Təlimatın hazırlanmasının məqsədi və həmin Təlimatın inzibati orqanların əməkdaşlarının xidməti fəaliyyətində tətbiqi qaydaları, hüquqi mexanizmləri barədə məlumat verilərək, sonda Təlimat tədbir iştiraçlarına paylanılmışdır.