Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırığı əsasında vətəndaşların Ədliyyə Nazirliyinin rəhbərliyinə, baş idarə və idarə rəislərinə müraciət etmək imkanlarını daha da asanlaşdırmaq, Bakı şəhərinə, nazirliyin inzibati binasına getmədən də həmin şəxslərin qəbulunda ola bilmələrini təmin etmək məqsədilə regional ədliyyə idarələrində virtual qəbullar təşkil edilir.  

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlər üzrə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri ədliyyə nazirliyinin qəbul qrafikinə uyğun olaraq Xaçmaz regional ədliyyə idarəsinə  müraciət etməklə idarədə quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə virtual qaydada nazirliyin rəhbər şəxslərinin, həmçinin baş idarə və idarə rəislərinin qəbulunda iştirak edə bilərlər.

 

Ünvan:Xaçmaz şəhəri, H.Əliyev pr 17

Əlaqə telefonları: (02332) 5-18-88

                     faks: (02332) 5-14-59

E-mail: khachmaz_rd@justice.gov.az