22 sentyabr 2017-ci il tarixdə Şəkidə regional ədliyyə idarələrinin nümayəndələri üçün cəmiyyətin hüquqi maarifləndirilməsi məqsədilə kommunikasiya təlimi keçirilmişdir

22 sentyabr 2017-ci il tarixdə Şəki şəhərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş “ Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” Lahiyəsi çərçivəsində regional ədliyyə idarələrinin nümayəndələri üçün cəmiyyətin hüquqi maarifləndirilməsi ilə əlaqədar kommunikasiya təlimi keçirilmişdir.

Layihə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi ilə birgə həyata keçirilir.

Təlimdə  Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Təşkilat nəzarət baş idarəsinin, regional ədliyyə idarələrinin, qeydiyyat və notariat idarəsənin, icra qurumlarının ədliyyə qulluqçuları, o cümlədən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Siyasi şöbəsinin rəhbəri cənab Denis Danilidis, qrup rəhbəri xanım Pamela Faheyvə səmərəli kommunikasiya üsulları üzrə ekspert xanım AnastasiyaNurjinski iştirak etmişdir.

Təlimdə hüquqi maarifləndirmə kampaniyalarına ən qabaqcıl təcrübə, regional ədliyyə idarələrinin hüquqi maarifləndirmə fəaliyyəti ilə bağlı təcrübə və məqsədləri, hüquqi sənədləri daha geniş əhali kütləsinə cəlbedici və aydın məzmunda ötürülüməsi qaydaları, ictimai məlumat tədbirləri və hüquqi maarifləndirmə proqramları ilə bağlı məlumat mübadiləsi, hüquqi maarifləndirmə proqramlarında rəqəmsal medianın effektiv tətbiqi ilə bağlı müzakirələr aparılmış, rəylər, təkliflər dinlənilmişdir.

Həmçinin təlim çərçivəsində qeyd olunan mövzularla bağlı qrub halında praktik məşğələlər həyata keçirilmişdir.

Təlimin sonunda tədbir iştirakçılarınaAvropa İttifaqının təlimdə iştirak edən qrup rəhbəri xanım PamelaFahey tərəfindən Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstəklə bağlı Sertifatlar təqdim olunmuşdur.