22 Noyabr ədliyyə işçilərinin peşə bayramı Xaçmaz şəhərində qeyd edilmişdir.

Xaçmaz regional ədliyyə idarəsində 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü təntənəli şəkildə qeyd edilmişdir. Tədbir Xaçmaz rayonunda fəaliyyət göstərən ədliyyə qurumlarının,digər hüquq mühafizə orqanlarının əməkdaşlarının, o cümlədən hakimlərin, rayon rəhbərliyinin və ictimaiyyətin  "Azərbaycan xalqının ümummilli lideri" Heydər Əliyevin Xaçmaz şəhərində ucalan abidəsini ziyarət etməklə başlanılmışdır.

Bundan sonra Xaçmaz regional ədliyyə idarəsində peşə bayramı ilə bağlı keçirilən mərasimdə ədliyyə işçiləri, hakimlər və rayonun digər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Azərbaycan ədliyyəsinin tarixindən və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edilmiş və son illərdə bütün sahələrdə böyük naliyyətlər əldə olunmaqla ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan danışılmışdır.