“İnformasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı kiber təhlükəsizlik məsələləri” mövzusunda onlayn seminar keçirildi

26, 27, 28.10.2021-ci il tarixlərində, saat 14:30-17:30  aralığında Regional Ədliyyə İdarəsinin Əməkdaşları üçün “İnformasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı kiber təhlükəsizlik məsələləri mövzusunda onlayn seminar keçirilmişdir. Seminarda təlimçi qismində "Network Technology Center"-in direktoru Teymur Əzimov, həmçinin GIZ-in nümayəndələri  Fərid Guluzadə və Şakir Səfərbəyovun da iştirak etmişdir.